F-1.az xatırladır ki, tarixi titullarla zəngin olan komanda artıq uzun illərdir ki, autsayderlər cərgəsindən qurtula bilmir.
Ceyms Valvs: “Son 15 il ərzində komanda maliyyə problemləri də daxil olmaqla çox böyük çətinliklərlə üzləşdi və mövcudluğunu davam etdirə bildi, lakin bu, normal büdcəsi olan komandalar kimi inkişaf yox, sağ qalmaq mübarizəsi idi.
İndi biz görmək istədiyimiz vəziyyətdən çox uzağıq. Məhdudlaşdıran amillərdən biri də büdcənin, o cümlədən investisiyaların məhdudlaşdırılmasıdır ki, bu da bizə qısa müddətdə uğura ümid etməyə imkan verməyəcək. İnfrastrukturun rəqiblərlə rəqabət aparmağa imkan verəcək səviyyəyə çatdırılması üçün illər lazım olacaq. Bu, 6 və ya 12 ayda əldə edilmir.
Əsl məqsədimiz ondan ibarətdir ki, biz hər il irəli getməyimizə və geriyə yuvarlanmamağımıza əmin olaq. Sonra ağlabatan vaxt təyin etməlisiniz ki, bu da indiki şəraitdə altıncı, beşinci, dördüncü yerlər üçün mübarizə apara biləcəyimiz dövr barədə ola bilər.