F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 5 yarış qazansa da, 4 qələbəsi olan Həmilton 8 xallıq fərqlə turnir cədvəlində liderdir.
Bəziləri düşünür ki, bunun əsas günahkarı Ferstappendir. Con Vatson da belə düşünür: “Maks Britaniyada Lyuisin liderliyi almasına icazə verməli idi. Çünki Kops döngəsinin çıxışında liderliyi yenidən bərpa edə bilərdi. Burada iki sürücü arasındakı fərq görünür. Lyuis belə hallarda daha hiyləgər və məntiqli davranır. Maks isə dəliqanlıdır. Özünü inkişaf etdirsə də, artıq yalnız yarış qazanmağı yox, çempionluq qazanmağı da öyrənməlidir.
Barselonadakı yarışı xatırlayın. Ferstapen ilk döngədə Həmiltonun yanına gəldi, ancaq Lyuis ona boşluq buraxdı.
Bütün il ərzində mübarizə aparacaqlar. Lakin mən düşünürəm ki, Həmilton titulu götürəcək. Bunun səbəbi isə Lyuisin yeddiqat Dünya Çempionu olmasıdır. Onun yetərincə təcrübəsi var”.