F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il karyerasının ilk titulunu qazanmışdı. O, bu il də çempionluq uğrunda mübarizə aparır və rəqibi Şarl Leklerdir.
Con Vatson: “Maksın builki performansına baxanda görürük ki, Leklerə qarşı daha hörmətlə mübarizə aparır. O, Həmiltona qarşı daha aqressiv idi. Keçən il mühakimə olunası hərəkətlər edirdi. Məsələn, Silverstouna gedəndə 32 xal öndə idi və çempionluğu daha tez elan edə bilərdi.
Artıq çox şeyi başa düşür. Bəlkə də, çempion olduğu üçündür. Bəlkə də, böyüyüb. Bilmirəm. Artıq daha məntiqli davranan Maks var.
Bundan başqa o Leklerlə kartinqdən bəri mübarizə aparır. Lyuislə isə elə deyildi və ona böyük rəqibi kimi baxırdı. Keçən il ağlı ilə yox, ayağı ilə hərəkət edirdi.
İmolada karyerasının ən gözəl yarışlarından birini qazandı. Ağlı ilə sürür. İlk üç yarışda iki dəfə mübarizəni dayandırdıqdan sonra geri döndü”.