F-1.az F1Report-a istinadən xəbər verir ki, Con Uotson bildirib ki, sürücülər işinə fokuslanmalı və Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) Berni Ekklstouna məktub göndərməməlidir.
Xatırladaq ki, GPDA Bəhreyn yarışından əvvəl Formula1-in köhnədən qalan və həddindən artıq bürokratik strukturunu tənqid edən bəyanat yaymışdı.
Bundan əvvəl Formula1 üzrə 1997-ci ilin çempionu Jak Vilnöv bu bəyanata görə sürücüləri tənqid etmişdi. Con Uotson da Vilnövlə həmfikirdir: “Jak Vilnöv düz deyir.
Formula1 sürücüləri təmbəldirlər və ancaq həftəsonları işləyirlər.
Mən işlərini yaxşı görən Formula1 sürücüləri istəyirəm və Formula1-i idarə etmək onların işi deyil”.
Uotson əlavə edib ki, əgər qaydalar mexanizmində dəyişiklik olsa, sürücülərdən kömək istəmək olar: “FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında sürücülərə yer vermək olar və sürücülərin harada və necə kömək edəcəyi müzakirə edilə bilər.
Ancaq hazırkı qaydaları dəyişdirmək üçün Berni Ekklstouna məktub göndərmək zarafatdan başqa heç nə deyil”.