F-1.az xatırladır ki, Alonsonun adı Ferrari, Mercedes və Renault komandaları ilə hallanır, amma həm “gümüşü oxlar”, həm də “qırmızılar” gələn mövsüm də mövcud sürücü heyəti ilə yollarına davam etmək istəyirlər. Tək alternativ Renault qalır, ancaq fransızların növbəti mövsüm çempionluğa oynamaq şansları çox azdır.
Con Uotson: “Nə qədər səbir etməlidir? Bəs hara gedəcək? Bəlkə Renault ola bilər, amma özləri demişdilər ki, Alonso kimi sürücünü transfer etmək üçün hələ çox tezdir. İnkişaf etməlidirlər. Bəlkə, 2019-cu ildə o cür sürücünü transfer edə bilərlər.
McLaren isə Honda-dan ayrılsa, maliyyə cəhətdən ciddi problemlər yaşayacaq. Honda onlara pulsuz mühərrik verir və Alonsonun bütün xərclərini qarşılayır. Əgər Honda ilə ayrılsalar, maliyyə dəstəyini haradan alacaqlar?
Bərbad vəziyyətdədirlər. Sıralanma turunda güc-bəla ilə ikinci sessiyaya keçirlər. Bəzən son sessiyaya qalırlar. Bu da Alonsonun hesabına olur. Alonso artıq gənc deyil. Çempion olmaq üçün fürsət istəyir”.