F-1.az xatırladır ki, builki qaydalara görə komandalar sürücülərə radio vasitəsilə məlumat verə bilməz. Beləliklə, sürücülər bolidi tək başına və köməksiz idarə etməlidirlər.
Bu qaydalara görə, Mercedes AMG maşınlarında əyləclərin qızması və təkərin az yeyilməsindən sürücülər xəbərsiz qalıblar.
Çarli Uaytinq: “Bu problemləri sürücülər ekrandan görə bilərlər. Təhlükəsizlik problemi olanda sükandakı ekran onu göstərir. Ona görə də onlar ekranın doğru məlumat göstərdiyindən əmin olmalıdırlar.
Komanda və sürücü radio olmadan vəziyyətdən çıxmalıdırlar. Pilota nə edəcəyi ilə bağlı heç bir şey deyilməməlidir. Onlar vəziyyətdən özləri çıxmalıdırlar.
Mən fikirləşirəm ki, biz doğru qərar vermişik.
Avstraliyada yarış dayananda bəzi problemlər oldu. Yanacaq hesablanmaları ilə bağlı problemlər yarandı, ona görə də komandalarla bu barədə danışıqlar aparmalı olduq.
Komandalar sürücülərinə bəzi qadağalar söylədilər, amma bu barədə əvvəlcədən danışılıb, icazə alınmışdı. Ona görə də problem olmadı”.