Ç.Uaytinq trasımızın növbəti təftişindən razı qalıb

Azərbaycana gələn FİA-nın yarış direktoru Çarli Uaytinq trasımızı növbəti dəfə təftiş edərək bildirib ki, tezliklə hər şeyin yarışa hazır olmasına tam əmindir.

F-1.az xatırladır ki, Uaytinq stasionar trasları yarışa 2 ay qalmış, şəhər traslarını isə yarışa 10 gün qalmış sonuncu dəfə təftiş edir, ona görə də onun iyun ayının ilk həftəsində daha bir dəfə ölkəmizə gəlməsi gözlənilir…

Çarli Uaytinq: “Hər şey yüksək standartlara cavab verir. Ümid edirəm ki, bir ay sonra Bakıya gələndə, mən deyə biləcəm ki, tras tam yarışa hazırdır!

Çox maraqlı yarış olacaq! Trasda iki hissədə maraqlı mübarizə olacaq – 8-ci döngədən 12-ci döngəyə kimi olan hissə və 12-ci döngədən 15-ci döngəyədək olan hissə, xüsusən də 15-ci döngədə gərgin mübarizə gözləyirəm. Bu döngədən sonra sürücülər uzun bir düzlüyə çıxacaqlar, qaz pedalını tam döşəməyə basan sürücüləri izləmək maraqlı olacaq! Bu trası Sinqapur trası ilə müqayisə etmək olar, amma Bakı trası daha sürətli olacaq!”

Arif Rəhimov, Baku City Circuit: “Çarli Uaytinqin trasımıza növbəti səfərindən sonra müsbət yekunlarına çox şadıq. Biz əmin idik ki, FİA bizim nailiyyətlərdən razı qalacaq, bizim ümidlərimiz doğruldu – bizim əməkdaşlarımız gördükləri işləri ilə fəxr edə bilərlər.

İndi isə biz işimizi davam etdirməliyik və əmin olmalıyıq ki, iyunun əvvəlində növbəti səfəri zamanı Uaytinq Bakı trasının Formula1 yarışı keçirməyə tam hazır olduğunu elan edə biləcək…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*