Ç.Uaytinq: “Sürücülərin həmişə söz azadlığı olub”

Formula1-in yarış direktoru Çarli Uaytinq bildirib ki, Formula1 sürücüləri qaydalar barədə söz demək hüququna sahibdirlər..

F-1.az xəbər verir ki, Formula1 sürücüləri, qaydaların təyin olunmasında söz hüquqlarının olmamasından və dediklərinin eşitməməzliyə vurulmasından şikayət edirlər. Formula1 sürücüləri son dövrlərdə bu barədə çox danışmağa başlayıblar, Hətta, bu günlərdə sürücülər Formula1 idarəçilərinə məktub yazıblar və qeyd ediblər ki, Formula1 düzgün idarə edilmir.

Çarli Uaytinq: “Məncə, onlar daha artıq söz haqqına sahib olmalı deyillər, çünki onlar lazımı qədər söz haqqına sahibdirlər. Onların qaydalar barədə danışmaq üçün çox şansları oldu. Düzünü desək, onlar bizə daha necə kömək edə bilər?

Təbii ki, sürücülər komanda rəhbərləri vasitəsi ilə öz istəklərini F1 Komissiyasına çatdıra bilərlər, çünki komandalar da o komissiyanın bir üzvüdürlər. Ancaq iş o həddə gəlincəyə qədər sözlərini demək üçün çox şansları olur.

FİA Tras Komissiyasının iclaslarında Formula1 sürücüləri üçün yer var, amma sürücülərin çoxu orada iştirak etmirlər.

Yarış həftəsonlarında pilotlarla brifinqlər olur və onlar istədiklərini deyə bilirlər. Onlarla sadəcə həmin gün trasda baş verənlər barədə danışmırıq. Hər şey haqqında danışa bilərik. Onların orada istədiklərini danışmaq üçün əla fürsətləri olur.

Mən həmişə onlarla söhbət etməkdən məmnun olmuşam. Barselonadakı mövsümöncəsi testlərdən sonra onlarla iclas keçirtdik və orada çox az sürücü iştirak etdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*