F-1.az xatırladır ki, Valtteri Bottas təhlükəsizlik maşını rejimindən sonra yarışa inamla liderlik edib qələbəyə doğru getdiyi anda arxa təkəri partlamış və mübarizəni dayandırmışdı. Yarışdan sonra Toto Volff səhlənkarlıq etdiyi üçün FİA-nı sərt tənqid etmişdi.
Çarli Uaytinq: “Detallar barədə heç bir məlumat verilmədi. Marşallar bütün yarış əla işlədilər. Qırıntılar barədə yaxşı məlumat verdilər. Böyük ehtimalla qırıntı Qasli və Maqnussen arasındakı təmasdan düşmüşdü. Lakin bu barədə məlumat almadıq. Təbii ki, trası həmişə təmiz saxlamaq istəyirik. Amma bilmədiyiniz şeyləri təmizləmək çətin olur. Restart veriləndə trasın təmizləndiyinə əmin idik”.