F-1.az bildirir ki, hadisəni araşdıran stüardlar Leklerin sol əyləc diskində problem yaşadığını bildiriblər.
Çarli Uaytinq: “Videoya baxanda görərsiniz ki, Şarl şikandan 175 metr əvvəl əyləcə basıb. Əyləcləri qorumağa çalışıb. Onu bu hərəkətinə görə günahkar saymaq olmaz. Yazıq uşaq”.
Şarl Lekler: “Dörd dövrə əvvəl əyləc pedalı aşağı düşürdü. Qeyri-stabil idi. Pedala eyni miqdarda yük mindirsəm də, sürət gah yavaşlayırdı, gah da yox. Vəziyyətə nəzarət etmək çətin idi. Bir nöqtədə hər şey tamamilə əldən getdi”.