Ç.Uaytinq: “Kubitsa üçün heç bir istisna olmayacaq”

Robert Kubitsanın sağ əlinin hərəkəti məhduddur - normal hərəkətin 40 faizini təşkil edir. Renault da buna görə polşalı sürücüyə xüsusi sükan hazırlamaq istəyir.

F-1.az xəbər verir ki, komanda sükanaltı yarpaqları sükanın sol tərəfində yerləşdirməyi düşünür. Formula1-in yarış direktoru Çarli Uaytinq bu məsələyə münasibətini bildirib: “Digər sürücülər kimi, Robertin də milli lisenziya alması üçün tibbi rəyin verilməsi mütləqdir”.

Qeyd edək ki, FİA hər hansı hadisə zamanı sürücünün maşını 5 saniyə ərzində tərk etməli olduğunu bildirir. Kubitsanın maşınına isə bunun üçün heç bir əlavə köməkçi avadanlıqlar quraşdırılmayacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*