Ç.Uaytinq köməkçisiz qalıb

FİA Avstraliya yarışı üçün Çarli Uaytinqə köməkçi tapa bilmir.

F-1.az xatırladır ki, Uaytinqin köməkçisi sentyabrdan Ferrari-də işləməyə başlayacaq və buna görə də vəzifəsindən istefa verib. Onun əvəzinə keçən il təqaüdə çıxmış Herbi Bləş düşünülür. Amma Bləş vəzifəsindən ayrılandan sonra Yamaha komandasına keçib və Avstraliya yarışı zamanı Taylandda Superbike yarışında postunda olmalıdır.

Yarış direktorunun köməkçisi yarışı başladan Çarli Uaytinq mərkəzə qayıdana qədər düzülüş, qızdırma dövrəsi, start və ilk dövrələr üçün yarışa nəzarət etməlidir. Eyni zamanda qırmızı bayraq və təhlükəsizlik avtomobili perioduna da nəzarət etməlidir. FİA bu vəzifəyə başqa seriyalardan adam gətirə bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*