F-1.az xəbər verir ki, Marca Mekisin 2018-ci ildə Formula1-in yarış direktoru Çarli Uaytinqi əvəzləyə biləcəyini iddia edib. Çarlinin vəzifədən gedəcəyi ilə bağlı xəbərlər ilk dəfə deyil ki, çıxır. Lakin bu dəfə xeyli inandırıcı görünür. Uaytinq “Ekklstoun komandası”nın Formula1-də vacib vəzifələrdən birini tutan sonuncu üzvüdür. Nəzərə alsaq ki, Formula1-in yeni rəhbərliyi idarəetməni planlı şəkildə dəyişir, cari mövsüm 64 yaşlı Uaytinq üçün bu vəzifədə sonuncu mövsüm ola bilər…
Ç.Uaytinq istefaya gedəcək?
Ötən mövsüm 1996-cı ildən FİA-nın yarış direktorunun köməkçisi vəzifəsini icra edən Herbi Blaş vəzifəsindən getmişdi. Onu əvvəllər Arrows, Minardi və Toro Rossо komandalarında mühəndis kimi işləmiş Loran Mekis əvəzləmişdi.