F-1.az xatırladır ki, Yaponiya yarışının finişinə bir dövrə qalmış Lyuis Həmiltonun son şikanada hücumundan müdafiə olunan Ferstappen birdən trasın daxilinə doğru yerini dəyişib. Lyuis onun bu hərəkətindən sonra dərhal sola çəkilib və döngəyə girə bilmədiyi üçün trasdan çıxmalı olub. Bu insidentdən sonra Lyuis radio ilə komandasına Ferstappenin əylənmə zonasında trayektoriyasını dəyişdiyi barədə gileylənib.
Yarışın stüardları formal olaraq bu insidenti heç araşdırmayıblar və Maksa heç bir cərimə tətbiq olunmayıb, amma MotorSport.com məlumat yayıb ki, FİA-nın yarış direktoru Çarli Uaytinq və keçmiş Formula1 sürücüsü Emanuele Pirronun daxil olduğu stüardlar briqadası Ferstappenlə görüşərək bu insidenti müzakirə ediblər.
Əldə olunan məlumata görə, görüş qeyri-rəsmi xarakter daşıyıb, görüşdə məqsəd isə sürücülərin əylənmə zonasındakı trayektoriya dəyişmələrinin normaya çevrilməsinin qarşısını almaq olub – yəni digər sürücülər də Maksın müdafiə stilini nüsxələyə bilərlər.
Bir daha xatırladaq ki, eyni mövzuda Uaytinq Ferstappenlə artıq söhbət etmişdi – Maks Macarıstan yarışında Kimi Rəykkönenlə mübarizədə daha sərt müdafiə olunmuşdu. Amma, deyəsən, həmin görüşdən gənc sürücü heç bir nəticə çxıarmayıb, bəs bu dəfə faydası olacaqmı?