Ç.Uaytinq Ferstappenlə danışmayacaq

FİA-nın yarış direktoru Çarli Uaytinq bildirib ki, Maks Ferstappenə heç bir xəbərdarlıq etməyəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücü uzun düzlüyün sonunda Fettelə hücum edərkən arxa təkərləri kilidlənmiş və iki sürücü təmas yaşamışdı. Qəza nəticəsində almaniyalı sürücü yerində fırlanıb geriyə düşdüyü halda, Ferstappenin nəticəsinə 10 saniyə əlavə edilmişdi.

Çarli Uaytinq: “Ferstappenlə ayrıca danışmağın mənası yoxdur. Onsuz da stüardlar cəzasını yarışda verdilər. və özü də səhv etdiyini yaxşı bilir. Onun sürüş tərzini müzakirə etmək doğru olmaz. O da bundan sonra diqqətli olacaq. Biz sürücülərə gələcəkdə diqqətli olmaları üçün cəzalar veririk. Maksın 5 cəza balı var. Bundan sonra diqqətli olmasa, ona baha başa gələcək”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*