F-1.az xatırladır ki, hollandiyalı sürücü 2015-ci ildə 17 yaşında idmanda debüt edib və 2016-cı ilin Barselona yarışında ilk qələbəsini qazanıb. Hazırda 21 yaşı olan sürücünün Formula1-də 5 qələbəsi var.
Ceki Stüart: “Gənc sürücülərə və yeni nəfəsə ehtiyacımız var. Belə anda Ferstappen gəlir və qan edir. Gələn kimi idmana öyrəşdi və problem yaşamadı. Amma Red Bull onu hazırlamaq üçün çox iş gördü. Aşağı seriyalardan onu yetişdirdi və buraya hazırladı. Hazırkı dövrdə maliyyə resursu olmayan sürücülərin Formula1-ə gəlməsi mümkünsüzdür”.
C.Stüart: “M.Ferstappen idmana lazımdır”
Formula1 üzrə üçqat Dünya Çempionu Ceki Stüart düşünür ki, Maks Ferstappen idmanın marağını artırır.