F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Lyuis Həmilton bu il gənc Maks Ferstappenlə çempionluq uğrunda mübarizə aparır və hazırda 12 xal fərqlə liderdir. Qeyd edək ki, niderlnadlı sürücü bu mövsüm ilk dəfədir ki, Formula1-də çempionluğa oynayır.
Ceki Stüart: “Məncə, ikisi də çempion ola bilər. Lakin təcrübələrinə görə Mercedes və Həmiltonu bu mübarizədə favorit kimi görürəm.
Mənə elə gəlir ki, iki sürücü də bəzən ağ elədilər. Bunu iki insidentdə gördük. Ümid edirəm ki, o səhvlərdən dərs çıxarıblar, çünki pis hadisə görmək istəmərəm. Düzdür, avtomobil yarışları artıq daha təhlükəsizdir. Silverstoundakı insident mənim dövrümdə olsaydı, Maks ölərdi. Orada ikisi də etməməli olduqları hərəkətləri etdilər”.