C.Stüart: Həmilton təqaüdə çıxmalıdır

Formula1 üzrə üçqat Dünya Çempionu Ceki Stüart düşünür ki, Lyuis həmilton vaxtında təqaüdə çıxmalı idi.

F-1.az xatırladır ki, Lyuis Həmilton bu il zəif performans göstərir və komanda yoldaşı Rassellə bütün statistikalarda uduzur.

Ceki Stüart: “Həmilton bir az çətinlik çəkir, çünki sıralanma turunda ondan sürətli olan gənc komanda yoldaşı var və onunla mübarizə aparmaq çətindir. Məncə, təqaüdə çıxmalıdır. İntellektual insandır. Musiqini və geyimi çox sevir. Paltar ticarəti ona yaxşı yaraşar. Əminəm ki, uğurlu olar, çünki çox pul qazanır. Dövrünün ən yaxşısı idi. Bacardığını elədi.

Lyuis Həmilton Formula1 tarixinin ən yaxşı sürücülərindəndir. Bayrağı illərdir layiqincə daşıdı. İndi onun təqaüdə çıxdığını görmək istəyirəm. Zirvədə getməlidir. Hazırda gedəcəyini düşünmürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*