C.Stüart: “Həmilton özünü ağır aparmalıdır”

Sabiq Formula1 sürücüsü Ceki Stüart bildirib ki, Lyuis Həmilton 2016-cı il mövsümündən razı qalmalıdır.

F-1.az xatırladır ki, 31 yaşlı sürücü mövsümün son yarışında komandanın təlimatlarına qulaq asmamış və Rosberqi ləngitmişdi. Amma buna baxmayaraq, yarışdan sonra Həmilton almaniyalını ilk təbrik edənlərdən olmuşdu.

Amma britaniyalı müsahibəsində bildirmişdi ki, etibarlılıq problemlərinə görə çempionluğu əldən verib.

Ceki Stüart: “Qalib gələndə də, məğlub olanda da xarakterinizi nümayiş etdirməlisiniz. Son yarışa qədər çempionluq mübarizəsi aparıb, məğlub olmaq asan deyil, amma bunu qəbul etmək sizə kömək etməz. Lyuis yarışı rahatlıqla qazandı. Bu il 10 yarış qazandı və bunu etmək asan deyildi. Bu uğurlarına görə başı uca olmalıdır. Yarışdakı taktikası barədə bilmirəm nə deyim. Bizim dövrümüzdə komanda əmrlərinə riayət etmək məcbur idi. Mercedes kimi hegemon komandada olmağın üstünlüyündən istifadə etdi və buna görə sevincli olmalıdır.

Niko barədə danışsaq, onu deyə bilərəm ki, bu çempionluğa layiq idi. Özünə yaxşı baxdı və idmanı yaxşı təmsil etdi. Mercedes üçün yaxşı mövsüm oldu. Lyuis isə məyus olmamalıdır və növbəti mövsümə hazırlaşmalıdır. Dünya Çempionu olmaq üçün onun çox fürsəti olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*