C.Stüart: “Həmilton kiçik balerinadır”

Formula1-in əfsanəvi sürücüsü Ceki Stüart Əbu Dabidə komandanın əmrlərinə qulaq asmadığı üçün Həmiltonu kiçik balerina adlandırıb.

F-1.az xatırladır ki, Həmilton Rosberqi 4-cü yerə salmaq üçün ləngitsə də, britaniyalının bu cəhdləri bir fayda verməmiş və Rosberq karyerasının ilk çempionluğunu qazanmışdı.

Stüart düşünür ki, Mercedes Həmiltonu bu hərəkətinə görə cəzalandırmalıdır: “Həmiltonun kiçik balerina olduğunu düşünürəm. Toto Volff və Niki Lauda ağılsız adam deyillər. Tez-tez yarışlara gələn Mercedes-in prezidenti də axmaq deyil. İşini düzgün görməyən bir adama görə bu böyüklükdəki şirkətə hədə-qorxu gələ bilməzsiniz”.

Stüart bildirib ki, Həmilton müqaviləyə görə komandanın təlimatlarına qulaq asmalıdır və Mercedes bu hadisəyə görə tədbir görməlidir: “İldə 20-30 milyon funt maaş alırsınızsa, sizə deyiləni etməlisiniz. Kim olursunuzsa, olun. Mənim üçün fərqi yoxdur. Həmilton təlimatları ilk dəfə qulaq ardına vurmur və belə davam etsə, onu komandadan qovacaqlar. İl ərzində cəmi 21 yarışa çıxır və bu elə də böyük şey deyil. Biz bir az pul qazanmaq üçün özümüzü öldürərdik. İndiki sürücülər düz-əməlli test də etmirlər. Mercedes ona sərt xəbərdarlıq verə bilər və sonra deməlidir ki, əgər bir də təlimatlara qulaq asmasan, qovulacaqsan. Digər yol isə pul cəzasıdır”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*