C.Stüart: “Həmilton günahsız deyil”

Formula1 üzrə üçqat Dünya Çempionu Ceki Stüart həmyerlisi Lyuis Həmiltonun Bakıda 15-ci döngədə yavaşlamasına münasibət bildirib.

F-1.az xatırladır ki, Fettel təhlükəsizlik avtomobili çıxarkən, birdən yavaşlayan Həmiltona arxadan çırpılmış və daha sonra əsəbiləşərək, Həmiltona yandan zərbə vurmuşdu. Almaniyalı sürücü bu hərəkətinə görə 10 saniyəlik dayan və get cəzası almışdı.

İndiyə qədər bəzi mütəxəssislər Fettelə verilən cəzanın az olduğunu desələr də, Stüart Həmiltonun da günahkar olduğunu deyib: “Bu hərəkətdən sonra Fettelin etibarı zədələndi. Lakin hadisənim başlanmasına səbəb Lyuisin əlverişsiz yerdə birdən yavaşlaması idi. Bu, Sebastyanı şoka saldı və nə edirsən demək üçün Lyuisin yanına gəldi. Daha sonra isə özünü Həmiltona çırpdı. Bunun bəhanəsi yoxdur. Birini hədəf göstərmək və ya günahlandırmaq asandır. Lakin hadisəni başladanda da günah olur. Lyuisi pis vəziyyətə qoymaq istəməsəm də, vəziyyət belə idi. Lyuis rəqibi Fettelin əyləclərinə çox güc saldı və arxadan çırpılmamaq mümkünsüz idi. Heç kim ayağını qazdan belə çəkməyib. Böyük ehtimalla onları təəccübləndirmək istəyirdi. Amma sürprizin sonu pis oldu. Məncə, FİA bu mövzuda bir standart təyin etməlidir. Hər yarışa fərqli stüard gətirirlər. Halbuki, keçmiş Formula1 sürücülərindən birini seçib, normal maaş ilə işlətsələr, problem olmayacaq. İki ya da üçillik proqram olmalıdır. Beləliklə, hamının məlumatı olar. Təqaüdə çıxmış birisini tapmaq çətin deyil. Bunun hesabına cəzalar daha stabil olacaq”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*