C.Stüart: “Ferstappen olmasa, F1-də maraqlı heç nə olmaz”

Ser Ceki Stüart bildirib ki, Formula1 əvvəlki həyəcanını itirsə də, Ferstappen idmana yenidən həyəcan gətirməyə çalışır.

F-1.az xatırladır ki, Maks Ferstappen Braziliya yarışında mükəmməl performans göstərərək, hamını özünə heyran qoymuşdu.

Ceki Stüart da hollandiyalıya təriflər yağdırıb: “Əgər Maksın etdiklərini saymasaq, 2016-cı ildə yaddaqalan bir hadisə baş vermədi. Fersyappen mənə Mario Andrettinin, Fransua Severin ilk yarışlarını xatırladır. Onlar da idmana böyük həyəcan qatmışdılar.

Lyuis idmanın müasir qəhrəmanlarındandır. Sebastyan isə səssizlərindən. Bəlkə də Rəykkönen hər ikisindən daha populyardır, amma həm sakit olmasına görə, həm də heç nə etmədiyinə görə bunu hiss etdirmir. Bəlkə də buna görə populyardır.

Formula1 artıq həyəcanını itirib. Əvvəlki kimi qəzalar və ötmələr olmur. Məni səhv başa düşməyin. Heç birimiz qəzaların yaşanmasını istəmərik. Amma həyəcanı artımaq üçün kiçik hadisələr olmalıdır. Heyif ki, mənim dövrümdə qəzalara görə çox dostum öldü. Bunun təkrarlanmasını istəyəcək ən son insanam”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*