F-1.az xatırladır ki, Əbu Dabidə keçirilən mövsümün son yarışında son dövrədə təhlükəsizlik maşını rejiminin bitirilməsi müzakirələrə səbəb olmuşdu.
Ceki Stüart: “Belə möhtəşəm mövsüm hələ görməmişdim. İki komanda arasında əla rəqabət var idi. Ancaq əksəriyyət yenilik istəyirdi. Mercedes uzun illər idi ki, idmanda hegemonluq edirdi və yeni komandanın qələbəsinə ehtiyac var idi.
Mövsümün son yarışında Ferrari-ni podiumda görmək gözəl olsa da, Mercedes-i ancaq Red Bull məğlub edə bilərdi. Böyük uğurdur. Ferstappen əla iş gördü. Lyuis indi məyusdur, amma olmamalıdır.
Məncə, Əbu Dabidə düzgün iş gördülər. Orada hər-hansı bir ssenari yox idi. Bu, Hollivud deyildi. Tamamilə real idi. Azarkeşlər də bu reallığın həzzini yaşadılar. İdman tarixində belə sonu heç görməmişdik. Orada qırmızı bayraqlıq heç nə yox idi”.