C.Sörtiz: “Həmilton halo barədə düşünməlidir” (video)

Eks Formula1 sürücüsü Con Sörtiz bildirib ki, Lyuis Həmilton halo barədə fikirlərini dəyişdirməlidir...

F-1.az xəbər vermişdi ki, Ferrari komandası mövsümöncəsi testlərdə halo sistemini trasda test etmişdi. Bundan sonra sistem sürücülərin sərt tənqidlərinə tuş gəlmişdi. Sistemi ən çox tənqid edən sürücü Lyuis Həmilton olmuşdu. Britaniyalı sürücü təklif etmişdi ki, halo sisteminin istifadəsi pilotların istəyinə bağlı olmalıdır.

Amma Formula1 üzrə 1964-cü ilin Dünya Çempionu Con Sörtiz bu fikirlərlə razı deyil: “Lyuis bir Dünya Çempionu kimi halo sistemi barədə çox düşünməlidir.

Lyuis mükəmməl sürücüdür və onun fikirləri dəyərlidir. O istəmir ki, Formula1-in ənənəvi görünüşü pozulsun. Amma bəzən dəyişikliklər ola bilər və əlinizdən heç bir şey gəlməz.

Sebastyan Fettel sistemi istədiyini dedi. Mən də orada olsaydım, Lyuis kimi fikirləşərdim, amma bəzən hər şeyi xırdalıqlarına qədər araşdırmaq lazımdır. Qərar verməmişdən əvvəl bütün nəticələri düşünmək lazımdır.

Əgər sistem qəzaların qarşısını alacaqsa, o zaman yenidən düşünmək lazımdır”.

Qeyd edək ki, Con Sörtizin oğlu Henri Sörtiz 2009-cu ildə Formula2 yarışında dünyasını dəyişmişdi. Onun başına digər boliddən çıxan təkər dəymişdi…

https://www.youtube.com/watch?v=0eHU5Bqe_4Q

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*