F-1.az bildir ki, Frayın əsas məqsədi komandaya gələn mövsümə hazırlıqda kömək etməkdir, çünki komandanı gələcək texniki direktoru Ceyms Ki hələ də Toro Rosso-dan ayrıla bilmir.
Fray əvvəllər McLaren-də çalışıb – 1993-cü ildə bu komandada yarış mühəndisi kimi çalışmağa başlayan mütəxəssis 2010-cu ildə Ferrari-yə keçmişdi. Dörd ildən sonra komandanı tərk edən Pət müstəqil məsləhətçi kimi çalışmağa başlamışdı, sonuncu dəfə isə Manor komandasının texniki şöbəsinə kömək etmişdi.
McLaren komandası hazırda yüksək səviyyəli texniki mütəxəssislərə ehtiyac duyur. Bu il mövsümün gedişində komandadan texniki direktor Tom Qoss, mühəndislik şöbəsinin başçısı Mətt Morris və yarış direktoru Erik Bulye istefaya göndəriliblər…