C.Rocersə Formula4 Asiya seriyasından təklif gəlib

Cəmil Rocers gələn ildən etibarən Formula4 seriyasında çıxış edə bilər.

F-1.az xatırladır ki, 14 yaşlı təmsilçimiz keçən il Britaniyanın nüfuzlu SuperOne çempionatında çıxış etmiş və mövsümü üçüncü yerdə bitirmişdi. Gənc həmyerlimizin bu il Junior Saloon Car Championship (JSCC) yarışacağını demişdik.

Bu gün Cəmilə növbəti təklif Formula4 Asiya seriyasından gəlib. Lakin burada minimum yaş həddi 15 olduğu üçün Cəmil 1 il gözləməlidir. Buna görə də Cəmil bu il sentyabr ayına qədər Formula4 bolidi ilə testlər edəcək. 15 yaşı olduqdan sonra isə mövsümün son yarışına çıxa bilər. Gələn ildən etibarən isə Formula4 Asiya çempionatında yarışmağa başlayacaq.

Lakin bunun üçün 100 min avroluq sponsor paketinə ehtiyac duyulur. Əgər tələb olunan məbləğ ödənilsə, Cəmil gələn il ölkəmizi Formula4 Asiya çempionatında təmsil edəcək.

Dilara Rocers (Cəmilin anası): “Cəmilə Formula4 Asiya seriyasından təklif gəlib. Lakin orada yarışmaq üçün minimum yaş həddi 15-dir. Cəmilin hələ 14 yaşı olduğu üçün bu il sentyabr ayına qədər məşq edəcək. Gələn ildən isə bu seriyada yarışmağa başlayacaq. Amma bunun üçün 100 min avroluq sponsor paketinə ehtiyac duyulur. Təəssüflər olsun ki, biz hələ bunu tapa bilməmişik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*