F-1.az bildirir ki, gənc sürücümüz dəbilqədə milli motivlərə yer verib. Çəhrayı rəngin üstünlük təşkil etdiyi dəbilqəbin üzərində Azərbaycanın rəmzi olan Odlar Yurdu işarəsi, Qarabağın simvolu olan Xarı Bülbülün təsviri var. Dəbilqənin ön, üst və arxa tərəfində isə Azərbaycanın böyük bayrağını görürük.
Dəbilqənin vizorunun yuxarı hissəsində ingilis dilində “Qarabağ Azərbaycandır!” yazısı qeyd olunub.
Dəbilqənin arxa tərəfində, bayrağın üzərində Yin ilə Yangın simvolunu görürük. Simvolun ətrafında Cəmilin bu il dünyasını dəyişmiş nənəsinin sözləri yazılıb. Nənəsi bu laylanı Cəmil üçün oxuyub…
Yan tərəflərdə isə Cəmilin nömrəsi olan 90-ı və ad-soyadını görürük.
Formula4-dəki testlərdə təmsilçimiz Cəmilə uğurlar arzulayırıq!