F-1.az xatırladır ki, Mercedes komandası dünən W14-ü təqdim etdikdən sonra Silverstounda çəkiliş günü üçün trasa çıxarıb. Çəkiliş günündə maksimum 100 kilomett məsafə qət edilə bilər və boliddə şou təkərlərindən istifadə olunur.
Sükan arxasına keçən ilk sürücü Corc Rassell olub. Britaniyalı pilotun bolid barədə ilkin düşüncələri müsbət yöndədir: “İndiyə kimi bolid çox yaxşı işlədir. Çəkiliş günündə problem yaşamadıq. Sükan arxasına keçib, bolidi sürmək gözəl oldu.
Problem yaşamasaq da, harada olduğumuzu deyə bilmərəm. Keçən il hava şəratirinə görə işləyə bilməmişdik. Lakin əsl testlər Bəhreyndə baş tutacaq”.