C.Rassellin hədəfi podiumdur

Mercedes komandasının sürücüsü Corc Rassell Meksikada podiuma çıxmağı hədəfləyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə yerini Nik de Vrizə verməli olub. İkinci sərbəst yürüşlərdə isə trasa çıxıb və sessiyanın ən sürətli dövrəsini atıb.

Corc Rassell: “İlin ən yaxşısı olmasa da, indiyə kimi ən güclü cümə günlərimizdən biri idi. Bolid yaxşı işləyir və bu trasda sürmək həzz verir. Tempimiz yaxşı olsa da, bu trasın çətinlikləri var. Sıralanma turunda təkərləri düzgün işlətmək vacib olacaq.

Bazar günü isə motor və əyləc istiliyini idarə etmək asan olmayacaq. Məncə, bu həftəsonu podium mümkündür. Hədəfimiz budur. Bu mövsüm birlikdə 14 podium qazanmışıq və buna görə əlimizdən gələni edəcəyik.

İkinci sərbəst yürüşlərdə təkər testi olduğu üçün rəqiblərimizlə nisbətdə harada olduğumuzu bilmirik. Sabah hava temperaturu dəyişsə, işimiz çətinləşə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*