C.Rassell: Yaponiya bizə uyğun deyil

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Mercedes-in aerodinamika cəhətdən zəif olması Suzukada özünü göstərib.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda 8-ci olub.

Corc Rassell: “Bu il aerodinamika cəhətdən zəifik. Bolidin asfaltayatmaq qüvvəsini artıranda düzlüklərdə uduzuruq. Burada isə asfaltayatma qüvvəsi vacibdir. Eyni zamanda uzun düzlkülər də var. Əksər hallarda asfaktayatma tələb edən traslarda elə uzun düzlüklər olmur. Buna görə də o tralarda düzlüklərdə itirmirik. Burada isə düzlüklər uzun olduğu üçün Red Bull-dan 0.7-0.8 saniyə geridə qalırıq. Bu tras bizim zəif yerlərimizi açıb göstərdi.

Dünəndən sonra geriləmə gözləyirdik, amma belə yox. Poulda olmağı gözləmirdik. Ancaq liderlərdən və Alpine-lərdən bu qədər geri qalmaq da təəccüblüdür. Bu hal ilk dəfə baş vermir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*