F-1.az xatırladır ki, britaniyalı sürücü testlərin ikinci günündə hidrovlik probleminə görə testləri vaxtından əvvəl bağlayıb.
Corc Rassell: “Heyif ki, nahardan sonra hidrovlik problemi yaşadıq və buna görə vaxt itirdik. Tam proqramımızı bitirməsək də, gün ərzində yığdığımız problemlərlə maraqlı nöqtələrə gəldik. Bu yaxşı haldır.
Hələ W14-ün bütün potensialını ortaya qoymamışıq və hamı testlərin son günündə var qüvvəsi ilə işləmək istəyir”.