F-1.az xəbər verir ki, britaniyalı sürücü bunun əvəzində həll yolu da düşünüb.
Corc Rassell: “Şəxsən mən üç günün kifayət etdiyini düşünmürəm. Çünki hər bir pilotun yalnız 1.5 seansı olacaq. Keçən həftə Pirelli təkərlərini sınaqdan keçirmək bizə qismət oldu. Əks halda Əbu Dabi və Bəhreyn arasında maşın sürmədən 12 həftə keçirərdik.
Hər gün iki maşınla işləməyə icazə verilsəydi, bu, yaxşı bir güzəşt olardı. Amma hər bir sürücü üçün gün yarım çox azdır”.