F-1.az xatırladır ki, İspaniya yarışında yağış gözlənilsə də, Formula1-də həmişə baş verən hadisə oldu və gözlənilən yağış yağmadı. Ancaq yarışın ortalarında azarkeşlər həyəcanlandılar. Buna səbəb Corc Rassellin yarış mühəndisi Markus Dudliyə beşinci döngədə yağış yağdığını deməsi idi. Ancaq britaniyalı pilotdan başqa heç bir sürücü ya da heç bir komanda yağış barədə danışmırdılar. Lakin bir neçə dövrədən sonra Rassell radiodan komandasına tərini yağış zənn etdiyini demiş və məsələ aydınlığa qovuşmuşdu.
Corc Rassell: “Yarış vaxtı saçlarım aşağı tökülürdü. Deyəsən balaklavamı başıma yaxşı keçirməmişdim. Bu məni darıxdırırdı və trası görə bilmirdim.
Yavaş-yavaş tərləməyə başladım. Saçlarım çöldə qaldığı üçün tər də üzümə damcılayırdı. Əyləcə basanda dəbilqəmin şüşəsinə sıçrayırdı.
Qara buludlara və şüşəmdəki su damcılarına görə elə bildim ki, yağış yağır. Utandım. Darıxdırıcə hal idi. Yarış ərzində dəbilqəmin içinə dolan tər damlaları ilə mübarizə apardım. Silə bilmirdim də. Yenə də hər şeyi nəzarətdə saxlaya bildim”.