C.Rassell: Təmkinli davrandım

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Meksika yarışının startında təmkinli davranıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdə başlasa da, startda dördüncülüyə geriləyib və yarışı burada bitirib.

Corc Rassell: “Xarici trayektoriyadan Maks Ferstappeni keçmək şansım yox idi, amma Lyuis daxili trayektoriyada olduğu üçün aqressiv davranmadım. O mənim komanda yoldaşımdır. Bu da mənə baha başa gəldi və iki yer itirdim. Yerimi qoruya bilsəydim, yarışı ikinci yerdə bitirərdim.

Qarşımdakı komanda yoldaşım olmasa da, yer qoyardım. Bəlkə də, qoymazdım. Bilmirəm. Amma son üç yarış çox insidentli keçib. Çox səhv etdim. Təmkinli davranma səbəblərimdən biri də bu idi. Balansı qorumalı idim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*