F-1.az xəbər verir ki, Corc gənc Mikin simulyatora çox vaxt ayırmalı olduğunu düşünür.
Corc Rassell: “Əminəm ki, Mikdən öyrənə biləcəyimiz şeylər var. Eləcə də, onun üçün komandanın necə işlədiyini, Lyuislə necə qarşılıqlı əlaqədə olduğumuzu görmək faydalı olardı. Bu çox faydalı təcrübə olacaq.
Mən Mikin yerində olsaydım, burada bazada çox işləyər və komandanın işinə uyğunlaşmağa çalışardım. Yüksək ixtisaslı sürücülərin köməyinə ehtiyacımız var. Şumaxer onlardan biridir. O, simulyatorda çox dövrə vurmalıdır”.