C.Rassell: Son dövrələr çətin idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, son dövrələrdə yarışda qalmaq üçün mübarizə aparıb.

F-1.az xatırladır ki, Mercedes bu həftəsonu güclü görünürdü. Rassell də yarışda yaxşı performans göstərib və uzun müddət Maks Ferstappeni arxasında saxlayıb. Lakin daha sonra niderlandlı sürücü fərqli strategiya seçərək Rasselli qabaqlayıb. Buna baxmayaraq, gənc sürücü yarışın sonunda üçüncü olaraq, builki ikinci podiumunu əldə edib.

Corc Rassell: “Bu gün çox çətin idi. Maksı arxamsa saxlamaq üçün əlimdən gələni etdim və o, əla iş gördü. Burada olduğum üçün sevincliyəm. Bu uğuru bazadakı işçilərə həsr edirəm.

Son dövrələr çox çətin idi. Elə bil həyatda qalmaq üçün mübarizə aparırdım. Üçüncü olduğum üçün qürurluyam və azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm idilər. Burada olmaq gözəl idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*