C.Rassell: Son 10 dövrə çətin idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Braziliya yarışının son 10 dövrəsi çox çətin keçib.

F-1.az xatırladır ki, Braziliya yarışının bitiminə az qalmış Lando Norrisin maşını dayanmış və təhlükəsizıik avtomobilinin çıxmasına səbəb olmuşdu. Bundan sonra Rassell bütün üstünlüyünü itirmiş və Həmiltona qarşı müdafiə olunmuşdu.

Corc Rassell: “Son 10 dövrədə bir səhv etsəm, Həmilton DRS məsafəsinə girəcəkdi. Belə olan halda nə baş verəcəyini bilməzdik. Təkərləri qorumaq barədə düşünmədim. Qaza basmalı idim.

Yarışın son 10 dövrəsi ilk 60 dövrədən qat-qat çətin idi. İlk 60 dövrədəki performansı hər həftəsonu təkrarlaya bilərəm, amma son 10 dövrədə səhv etmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*