C.Rassell: Sıralanma turunda problem yaşayırıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, cümə günü yaxşı performans göstərə bilmir və bu son dövrlərdə xroniki hal alıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü son dövrlərdə sıralanma turunda zəif performans göstərir. 24 yaşlı pilot dünənki sıralanma turunda da 11-ci yeri tutub. Onun komanda yoldaşı Lyuis həmilton isə sprint yarışına 5-ci yerdən başlayacaq.

Corc Rassell: “Səralanma turunda yetəri qədər sürətli deyildik. Sərbəst yürüşlərin əvvəlindən maşında özümü yaxşı hiss eləmədim. Sprint həftəsonlarında boliddə dəyişiklik etməyə çox vaxtımız olmur. Görək nə edirik. 11-ci yer başlamaq üçün elə də yaxşı yer deyil, amma bu il geridən başladığımız yarışlarda yaxşı nəticələr qazandıq. Yəni heç nə itirməmişik. Sərbəst yürüşlərdə təkər yeyilməsi çox idi. Buna görə də iki pit-stop etməli olacağıq. Lakin indi nə baş verdiyini anlamalıyıq. Bir az çətinlik çəkirik. Xüsusən də şənbə günləri…

Məncə, vəziyyəti düzəldə bilərik. Bakı ilə eyni vəziyyətdəyik. Orada da cümə günü 11-ci olmuşdu, amma şənbə günü dördüncü yerə yüksəldim. Belə olan halda çox xal toplaya bilmirsiniz, amma Bakıdakından daha yaxşı performans göstərə bilərik. Asan olmayacaq, amma bazar günü bizi uzun yarış gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*