C.Rassell: Sıralanma turu sıx keçəcək

Mercedes komandasının sürücüsü Corc Rassell düşünür ki, sıralanma turunda sıx mübarizə olacaq.

F-1.az xatırladır ki, Montsada uzun düzlüklərə görə komandalar daha aşağı asfaltayatma qüvvəsi istehsal edən qanadları işlədirlər. Bunun hesabına bir sürücü digərinin hava koridorundan istifadə edərək, düzlük sürətini artırır.

Corc Rassell: “Hazırda McLaren, Aston Martin, Ferrari və Aston Martin komandaları arasında sıralanma turu gərgin keçir. Buna görə uğurlu olmalıyıq. Üçüncü sessiyaya çıxmaq üçün bizi sıx mübarizə gözləyir.

Əgər bacarsanız ikinci, bacarmasanız, onuncu olacaqsınız.

Birinci və ikinci sərst yürüşlərdə Medium və Hard təkərlərlə atdığımız dövrələr yaxşı idi. Lakin Soft təkərlə gözlədiyimiz kimi sürətli deyildik.

Bu təkərləri normal tempetatura çatdırmaqdan asılıdır. Bunun barədə çox şey öyrənməliyik. Məncə, yarış hamı üçün çox çətin olacaq, çünki bolidin üzərində nazik arxa qanadlar olanda hava koridorunun təsiri qalmır. Buna görə sıralanma turu həmişəkindən daha vacibdir”.

Qeyd edək ki, Corc Rassell ikinci sərbəst yürüşlərdə 9-cu, komanda yoldaşı Lyuis Həmilton isə 17-ci olub. Mercedes komandasının sıralanma tempi elə də ürəkaçan deyil.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*