F-1.az xatırladır ki, Mercedes komandası Montsada zəif təsir bağışlayıb. Növbədə isə daha çox yavaş döngələri ilə seçilən Sinqapurdur. Amma Marina bay trası qabarlarına görə də məşhurdur.
Corc Rassell: “Sinqapur kağız üzərində trasımız üçün əlverişlidir. Amma Monako və Azərbaycanı yada salanda, qabarlı traslarda yaxşı performans göztərmədiyimizi görürük. Buna görə də ora bizim üçün müəmmalıdır”.