F-1.az xəbər verir ki, Rassell nəyə görə uduzduqlarını tapmalı olduqlarını bildirib.
Corc Rassell: “Sürətin olmamasının səbəblərini tapmaq lazımdır. Bir neçə komanda çox sürətlidir, xüsusən də Aston Martin – onlar bu qış əla iş gördülər. Bugünkü məlumatları keçən həftə topladıqlarımızla müqayisə edəcəyik və yeniliklərin necə işlədiyini anlayacağıq.
Nə çatışmır? Asfaltayatma qüvvəsi və sürət. Ancaq biz yeni maşınla yalnız 4 gündür işləyirik. Onun potensialını ortaya çıxara biləcəyi iş diapazonunu tapmaq lazımdır. Açığı, biz buna hələ çatmamışıq. Bu an üçün düzgün parametrləri tapdıq, lakin bu, parametlərin maşını daha sürətli etdiyi mənasına gəlmir. Görək bundan sonra nə olacaq. Biz cavablar axtarırıq”.