C.Rassell: Rəqiblərimə nisbətən gerilədim

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bu il keçən ilə nisbətən geriləyibdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstriyadakı sıralanma turunda 11-ci yeri tutaraq, son sessiyaya qala bilməyib.

Corc Rassell: “Hazırda işlər mənim üçün qaydasında getmir. Mövsümün əvvəlində özümə daha çox güvənirdim və maşını limitlərə qədər sürə bilirdim. İndi isə problem yaşayıram və rəqiblərimə nisbətən geriyə getmişəm. Buna görə də vəziyyəti anlamalı və həm buradakı yarışda, həm də Silverstounda hər şeyə sıfırdan başlamalıyam. Normal səviyyəmə qayıtmağım çox uzin çəkməyəcək”.

Əksəriyyət düşünür ki, Rassellin geriləməsinin səbəbi Monakoya gətirilən yeniliklərdir. Lakin 24 yaşlı pilot belə düşünmür: “Yox inanmıram. Məncə, bu templə bağlıdır. Maşın mövsümün əvvəlindəki vəziyyətinə çox bənzəyir. Bəzi kiçik dəyişikliklər var. Yəni ki, yeniliklərlə əlaqəli deyil.

Bəzən işlər qaydasında gedər və özünüzə güvənirsiniz. Bəzən güvəninizi bir az itirərsiniz və bu zərcirvari təsir göstərər. Buna görə də yenidən güclənəcəyimi bilirəm”.

Corc Rassell bildirib ki, soyuq havada özünü daha yaxşı hiss edir: “Soyuq hava şəraiti maşının balansına kömək edir. Sprint sıralanma turunun əvvəlindən özümə güvənirdim. Cümə günündən çox güvənirdim. Tempim yaxşı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*