C.Rassell: Qürurluyam

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, ilk qələbəni əldən vermək onu incidir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Saxir yarışında lider ikən komandası ona səhvən Bottasın təkərini taxıb. Daha sonra yenidən pitə gələn gənc pilota öz təkərləri verilib. Lakin məlum olub ki, bu təkərlər partlaya bilər və 22 yaşlı pilot növbəti dəfə boksa çağırılıb. Nəticədə Rassell qazanacağı yarışı 9-cu yerdə bitirib.

Corc Rassell: “Daha əvvəl iki dəfə qələbəm əlimdən alınmışdı. İnana bilmirəm. Ürəyim yerimdən çıxana qədər yarışdım. Hər şey mənim nəzarətimdə idi. İki dəfə təhlükəsizlik maşını çıxdı və çox pis idi.

Yaxşı ötmələr etdim və Serxioya çatırdım, amma əlimizdən qaçdı. Yarışmaq budur.

Lakin bu həftənin əvvəlində mənə desəydilər ki, sən bir neçə xal qazanacaqsan, inanmazdım. Ancaq yarışa liderlik etdim. Sonra isə… Heyif. Mənə çox pis təsir elədi. O dəqiqə ailəmə zəng etdim və mənimlə fəxr etdiklərini dedilər. Toto, Ceyms və Bono da eyni şeyi dedilər. Bir-birimizi qucaqladıq. Ümid edirəm ki, Toto problemi düzəldər. Xoşbəxt və qürurluyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*