C.Rassell: Qırmızı bayraq lazımsızdır

Mercedes komandasının sürücüsü Corc Rassell düşünür ki, Avstraliya yarışında çıxan ilk qırmızı bayraq lazımsız olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü Avstraliya yarışında lider gedərkən Aleks Elbon qəza edib və trasa təhlükəsizlik maşını çıxıb. Rassell bundan sonra pitə girib və trasa 7-ci yerdə qayıdıb. Bu anda qırmızl bayraq çıxıb və 24 yaşlı pilotun bütün yarışı məhv olub.

Corc Rassell: “Birinci qırmızı bayraq çox yersiz idi. Trasda çoxlu çınqıl olsa da, yarış trayektoriyası var idi. Keçmişdə daha pis şəraitdə davam etmişik.

Keçən yarış da Səudiyyə Ərəbistanında maşın tamamilə çöldə olduğu halda təhlükəsizlik maşını çıxardılar. Bu qərarları anlaya bilmirəm. İşləri yaxşılaşdırmaq üçün FİA ilə işləyirik, amma çox çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*