F-1.az xatırladır ki, britaniyalı sürücü yeni güc qurğusuna keçdiyi üçün yarışa pit yolundan başlayıb. Yarışda əvvəlcə quru təkərlərə tez keçib, daha sonra isə Mik Şumaxerlə təmas yaşayaraq vaxt itirib. Yekunda isə 14-cü yerlə barışmalı olub.
Corc Rassell: “Yarışda əmin oldum ki, bolidimiz artıq düzəlib. Tempimiz geri qayıdıb. Bu həftəsonu qazanacaq tempimiz var idi.
Miklə insident yaşamasaydım, onluğa düşəcəkdim. Orada nə baş verdiyini bilmirəm. Bu idmanda bəzən belə hallar olur. Bu həftəsonu hər şey əleyhimizə idi”.