F-1.az xatırladır ki, britaniyalı sürücü startda liderliyi alsa da, qırmızı bayraqlarda əvvəl pitə girdiyi üçün 7-ciliyə geriləyib. 18-ci dövrədə isə motoru xarab olub və mübarizəni dayandırıb.
Corc Rassell: “Səudiyyə Ərəbistanı ən yaxşı həftəsonlarımdan biri idi. Bu həftə də eyni idi və boliddə özümü rahat hiss edirdim. Komanda ilə yaxşı sazlanmalar tapırıq. Pit-stopdan sonra məyus oldum, çünki burada ötmə çətindir.
Maks və Lyuis pitə girməyəndə təəccübləndim. Düşündüm ki, Hard təkərlərlə yarışı qazanarıq. Albert PArkda niyə qazanmadıq bilmirəm. Lyuis Maksa yaxın idi və tempimiz güclü idi. Qələbəni itirmək əsəbpozucudur”.