F-1.az xatırladır ki, Braziliyada sıralanma turu çox xaotik keçib. Hər dövrə asfaltla ilişmə dəyişib və yağış gah yağıb, gah kəsib. Mercedes komandasının sürücüsü Rassell də bundan nəsibini alıb. Britaniyalı sürücü son sessiyada 4-cü döngədə təkərlərini bloklayaraq tras xaricinə çıxıb və çınqıllıqda ilişib qalıb. Buna görə dəq ırmızı bayraqlar çıxıb. Qırmızı bayraq rejimi bitəndən sonra isə yağəş elə güclənib ki, heç kəs nəticəsini yaxşılaşdıra bilməyib.
Corc Rassell: “Qaçış sahəsi gözlədiyimizdən sürüşkən idi. Üçüncü yeri tutduğum üçün sevincliyəm.Üçüncü yer sprint yarışına başlamaq üçün əladır. Kevini də təbrik edirəm. Əla iş gördü. Haas komandaıs bu poula layiqdir.