C.Rassell: Poul qazanmadığım üçün məyusam

Mercedes sürücüləri sıralanma turundan sonra etiraf ediblər ki, belə yüksək nəticə gözləməyiblər.

F-1.az xatırladır ki, təsnifat mərhələsini Rassell ikinci, komanda yoldaşı isə üçüncü yerdə başa vurub.

Corc Rassell: “Əlbəttə, biz belə nəticələr gözləmirdik! Amma komandanın bazasında və burada Melburn trasındakı gərgin iş öz bəhrəsini verir, buna görə də sıralanma turu yaxşı keçdi. Maşın əla işləyirdi və son cəhddə mən limitə çatdım, amma düzünü desəm, poulu əldə etmədiyimiz üçün bir az məyusam.

Ancaq bu, idmanımızda gözləntilərinizin səviyyəsinin çox tez dəyişdiyi hallardan biridir. Dünən dördüncü və ya beşinci nəticəni göstərməkdən məmnun olardıq. Amma bu gün maşın yaxşı təəssürat yaratdı və əminliklə deyə bilərəm ki, biz onun potensialını hələ tam üzə çıxarmamışıq.
Ancaq hər şey lazım olduğu kimi getməlidir. Maşın bəzən yaxşıdır, bəzən də yaxşı deyil, sadəcə bunun nədən asılı olduğunu anlamaq lazımdır. Bugünkü nəticə bizə kifayət qədər uyğundur və sabahkı yarışın çox maraqlı keçəcəyini vəd edir, asan olmasa da, Maksla rəqabət aparmağa çalışacağıq”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*