C.Rassell: Podiumu əldən verdik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, səhv edərək podiumu əldən verib.

F-1.az xatırladır ki, britaniyalı sürücünün tempi yaxşı olsa da, 55-ci dövrədə pitə gələndən sonra əylənmədə problem yaşayıb və qaçış zonasına çıxıb. Bundan sonra Rassell rəqibləri Okonla Həmiltonun arxasına düşüb. Bundan başqa yarışa qayıdanda Peres ona çırpılıb və buna görə Rassellə 5 saniyə zaman cəzası verilib.

Corc Rassell: “Özümə doğrudan da əsəbiyəm, çünki üçüncülük demək oar ki, təmin olunmuşdu. Sarı bayraqları görüb əyləcə basdım və təkərlərim kilidləndi və Strollun dalınca qaçış zonasına girdim. Buradan drəs çıxarmalıyıq. Ancaq bir işə fokuslanmayanda belə səhvlər edərsiniz. Əgər sarı bayraq olmasa, daha çox fokuslanardım və komandamı üçüncülükdən etməzdim.

Pereslə təmasda bolidə zərər verdim. Davam edə biləcəyimi inanmırdım, amma dövrələr keçdikcə maşın düzəldi. Bolidin içində özümü narahat hiss etdim, amma o vaxt trasda ən sürətli biz idik. Buna görə nə baş verdiyini doğrudan da bilmirəm.

Okon və Lyuis məni arxalarında saxladılar və Şarl mənə çatırdı. Belə halda Lyuisi riskə atmaq istəməzdim, amma Şarl mənə çatsaydı, 5 saniyəlik cəzaya görə Lyuis mənə yastıq rolunu oynaya bilərdi.

Ancaq sonda bu lazım olmadı və komandaya dedim ki, mənim üçün problem yoxdur. Sonda Şarlla olan fərqi qorudum və güvəndə olduğumu anladım. Lakin yarışın 98 faizində hər şeyi dorğru edəndə o kiçik səhv hər şeyi əlinizdən alırsa, bu məyusedicidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*