C.Rassell: Peletonda çempion ola biləcək 6-7 sürücü var

Mercedes-in gənc sürücüsü hazırda yarışan pilotlardan çoxunun çempion olacaq istedada malik olmasından bəhs edib.

F-1.az xəbər verir ki, gənc britaniyalının fikrincə, əgər sürətli maşın verilərsə, onunla titula sahib ola biləcək ən azı 6-7 sürücü var.

Corc Rassell: “Mən həmişə özümə inanmışam və şansı əldə edəndə fürsətdən istifadə edə biləcəyimə şübhə etmirdim. Düşünürəm ki, indi çempionatda altı-yeddi sürücü var ki, onlar hər həftə sürəli maşınla qalib gələ bilərlər. Amma sonda ikidən çox komandanın çempionluq şansı yoxdur. Bəzən isə bu say bir olur.

Beləliklə, biz qalib gələ biləcək potensial iki pilotdan danışırıq. Ancaq hər zaman fürsətə hazır olmalısınız. Ötən il Braziliyada bunun mövsümün ən güclü çıxışımız olacağını gözləmirdik. Bu sürpriz oldu və pilot hər həftə ən yaxşı səviyyəsini göstərməlidir, çünki bu sizin fürsətiniz ola bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*